“Araz-Naxçıvan” gənc yarımmüdafiəçi ilə iki illik müqavilə bağladı

18 İyun 2026 14:09
104
“Araz-Naxçıvan” gənc yarımmüdafiəçi ilə iki illik müqavilə bağladı

Azərbaycanın “Araz-Naxçıvan” futbol klubu növbəti transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi 21 yaşlı cinah yarımmüdafiəçisi İbrahim Piriyevlə iki illik müqavilə imzalayıb.

Piriyev 2025/2026 mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu Misli Premyer Liqasının son turunda “Zirə” ilə keçirilən matçda əsas komandada debüt edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

İdman.Biz