“Səbail” FK Adil Şükürovla yollarını ayırıb

18 İyun 2026 13:01
129
“Səbail” FK Adil Şükürovla yollarını ayırıb

“Səbail” Futbol Klubu müqavilə müddəti başa çatmış baş məşqçi Adil Şükürov və məşqçi heyəti ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Adil Şükürov “Səbail”ə ötən il baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, “Səbail” yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

Daha əvvəl klubun Quba şəhər stadionu ilə bağlı danışıqlar apardığı bildirilib. Əgər bu stadionla bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək və bu halda komandanın adı “Quba” olaraq dəyişdiriləcək. Əks halda, “Səbail” qarşıdakı mövsümdə ev oyunlarını ASCO Arenada keçirəcək. Klub rəhbərliyi hazırda danışıqların yekun mərhələdə olduğunu və əsas planın növbəti mövsümdən “Quba” adı ilə fəaliyyət göstərmək olduğunu bildirib.

İdman.Biz