“Turan Tovuz” və “Fənərbağça” futbol komandaları arasında yoldaşlıq oyununun keçiriləcəyi vaxt bəlli olub.
Klub rəsmisi Nəsimi Paşayev görüşün tarixi və keçiriləcəyi məkan barədə danışıb.
“Müzakirələr arasında Gəncə və bir neçə şəhər stadionları var idi. Artıq qərar verilib. Görüş Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirikəcək”, - deyə o offsideplus.az-a bildirib.
Paşayev görüşün vaxtının da bəlli olduğunu deyib:
“Hansısa problem çıxmasa, işlər yolunda getsə, oktyabrın 3-ü keçiriləcək”.
