“Araz-Naxçıvan” “İmişli” ilə oyuna itki ilə çıxacaq

15 Avqust 2026 15:46
162
“Araz-Naxçıvan” “İmişli” ilə oyuna itki ilə çıxacaq

“Araz-Naxçıvan” bu gün Misli Premyer Liqasının I turunda “İmişli”i ilə oyuna itki ilə çıxacaq.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmada Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Şarl Boli iştirak etməyəcək.

Məlumata görə, təlim-məşq toplanışında zədələnən vingerin növbəti turda da meydana çıxması sual altındadır.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “İmişli” oyunu bu gün saat 18:30-da başlayacaq.

İdman.Biz