UEFA Çempionlar Liqasından “Sabah” - “Barselona” paylaşımı

25 Noyabr 2026 17:29
46
UEFA Çempionlar Liqasından “Sabah” - “Barselona” paylaşımı

UEFA Çempionlar Liqasının sosial şəbəkə hesablarında bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu ilə bağlı diqqətçəkən paylaşım edilib.

İdman.Biz xəbər verir ki, paylaşılan fotoda Bakının simvollarından olan Alov qüllələri və Dənizkənarı Milli Park ərazisindəki attraksionlar əks olunub. Şəklin üzərində hər iki klubun loqosu da yerləşdirilib.

Qeyd edək ki, “Sabah” - “Barselona” görüşü UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək və saat 21:45-də başlayacaq.

Xatırladaq ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: