AFFA İntizam Komitəsi “Turan Tovuz”un məşqçisi Yunis Hüseynovu üç oyunluq cəzalandırıb.
İdman.Biz xəbər verir ki, bu barədə qurumun bugünkü iclasında qərar qəbul olunub.
O, Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyununun ilk hissəsi bitdikdən sonra rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalanıb.
“Turan Tovuz” isə 8000 manat cərimə edilib.
