Kristian Romeronun yeni klububunun adı rəsmən təsdiqləndi

15 Avqust 2026 14:38
169
Kristian Romeronun yeni klububunun adı rəsmən təsdiqləndi

İspaniyanın “Atletiko”(Madrid) klubu Argentina millisinin futbolçusu Kristian Romeronu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

28 yaşlı müdafiəçi İngiltərə təmsilçisi “Tottenhem”dən transfer edilib.

Xatırladaq ki, Kristian Romero 2022-ci ildən London komandasının formasını geyinib. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.

İdman.Biz