“Gənclərdən təşkil edilmiş “Tvente” “Qarabağ”a qarşı istəkli olacaq” - Vaqif Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

15 Avqust 2026 17:46
180
“Gənclərdən təşkil edilmiş “Tvente” “Qarabağ”a qarşı istəkli olacaq” - Vaqif Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Niderlandın “Tvente” klubu ilə əlaqələrim qalır. Bir neçə ay əvvəl “Tvente”nin futbol akademiyasına səfərim baş tutdu və bir həftəlik təcrübə proqramı keçdim”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan futbol millisinin sabiq hücumçusu, vaxtı ikən “Tvente”ə çıxış etmiş Vaqif Cavadov deyib.

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-offundakı rəqibinin gücünü dəyərləndirən Vaqif Cavadov vurğulayıb ki, hazırkı “Tvente”nin heyəti gənc oyunçulardan təşkil edilib.

“Təbii ki, gənc oyunçular özlərini sübüt etməyə çalışırlar və “Qarabağ”a qarşı istəkli oynayacaqlar. Bildiyim qədiriylə “Tvente” qələbə qazanmağa iddialıdır. Qısa olaraq, bizi çox maraqlı oyun gözləyir”.

Qeyd edək ki, 2009-cu ilin dekabrında Vaqif Cavadov “Qarabağ”dan “Tvente”yə transfer olunub. 2009/2010 mövsümündə “Tvente”nin düşərgəsində olan Cavadov rəsmi oyunlarda meydana çıxmayıb və Erediviziyada sıfır oyun keçirib. Bunun əsas səbəbi zədələr olub. O, Niderland klubunda təxminən səkkiz ay ərzində debüt edə bilməyib və 2010-cu ilin avqustunda klubla yollarını ayırıb.

İdman.Biz