“Difai” Futbol Klubunun yeni baş məşqçisi açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağsu təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komandanı Şəhriyar Məmmədov çalışdıracaq.
Ş.Məmmədov daha əvvəl “Araz Saatlı” və MOİK-də işləyib.
Qeyd edək ki, “Difai” Birinci Liqada mövsümü sonuncu sırada başa vuraraq İkinci Liqaya düşüb.
