Bellinqem: “Layiq olduğum üçün tənqidlərə cavab vermirəm”

18 İyun 2026 12:53
94
Bellinqem: “Layiq olduğum üçün tənqidlərə cavab vermirəm”

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem ona yönələn tənqidlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu DÇ-2026-nın L qrupunun ilk turunda Xorvatiya üzərində qazanılan 4:2 hesablı qələbədən sonra açıqlama verib.

Bellinqem mətbuatda və azarkeşlər arasında onunla bağlı səslənən fikirlərin meydandakı çıxışına təsir etmədiyini bildirib:

“Şəxsən mənim üçün ətrafdakı səs-küyün bir hissəsini kənara qoymaq və ölkəmə, komanda yoldaşlarıma oyunlarda qalib gəlməyimiz üçün nə qədər sadiq olduğumu göstərmək xoş idi.

Komandama və ölkəmə töhfə vermək ən böyük şərəflərdən biridir. Kənarda deyilənlərdən asılı olmayaraq, bu şərəfin mənim üçün əhəmiyyəti dəyişmir.

Bilirəm ki, bütün bunlar futbolçu həyatının bir hissəsidir. Haqqımda pis danışanlara qarşı kin saxlamıram. Çünki bəzən buna layiq oluram. Düşünürəm ki, bu oyun insanlara kim olduğumu xatırlatmaq üçün yaxşı fürsət idi”.

“Real Madrid”in yarımmüdafiəçisi Xorvatiya ilə qarşılaşmanın 47-ci dəqiqəsində fərqlənərək İngiltərəni 3:2 hesabı ilə önə keçirib. Komandanın digər qollarını Harri Keyn və Markus Reşford vurublar. Keyn görüşdə dubla imza atıb.

Qeyd edək ki, İngiltərə millisi qrup mərhələsinin növbəti oyunlarında Qana və Panama ilə qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə müvafiq olaraq 24 və 28 iyunda keçiriləcək.

İdman.Biz