Arbeloa Premyer Liqaya gedir

14 İyun 2026 13:31
103
Arbeloa Premyer Liqaya gedir

İngiltərənin “Fulhem” futbol klubu Alvaro Arbeloanın baş məşqçi təyin olunması ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır.

İdman.Biz xəbər verir ki, tərəflər müqavilənin son detallarını razılaşdırırlar. İspaniyalı mütəxəssisin yaxın zamanda London klubunun yeni baş məşqçisi kimi təqdim ediləcəyi gözlənilir.

43 yaşlı mütəxəssis bu postda Marku Silvanı əvəz edəcək. Portuqaliyalı baş məşqçi beş mövsümdən sonra “Fulhem”dən ayrılıb.

Arbeloa iyunun 9-da İspaniyanın “Real Madrid” futbol klubundan ayrılıb. O, yanvar ayında əsas komandanın baş məşqçisi təyin olunmuş və mövsümün sonunadək bu vəzifədə çalışmışdı.

Qeyd edək ki, Arbeloa futbolçu karyerası ərzində İngiltərədə “Liverpul” və “Vest Hem” klublarının formasını geyinib.

İdman.Biz