Nyu-Yorkda fransalı futbol əfsanəsi Tyerri Anrinin adını daşıyan küçə istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, Manhettendə yerləşən 50-ci küçə ilə altıncı prospektin kəsişməsində, “Rockefeller Center” yaxınlığında “Thierry Henry Way” (Tyerri Anri Yolu) adlı küçə nişanının açılış mərasimi keçirilib.
Lövhə noyabrın 1-dək fəxri və müvəqqəti küçə adı kimi həmin ərazidə qalacaq. Anri 2010-2014-cü illərdə "New York Red Bulls" klubunda çıxış edib və hazırda da Nyu-Yorkda yaşayır.
Qeyd olunur ki, Nyu-Yorkun meri Zohran Mamdani "Arsenal"ın böyük azarkeşidir və Tyerri Anrini sevimli futbolçusu adlandırıb.
Hadisənin maraqlı tərəfi isə küçənin Anrinin şərəfinə adlandırılması təklifinin şəhər şurasının üzvü Virginia Maloney tərəfindən irəli sürülməsidir. İrlandiya köklərinə malik olan Maloninin təşəbbüsü ABŞ-də yaşayan minlərlə irland əsilli şəxs tərəfindən etirazla qarşılanıb.
Bunun səbəbi Anrinin 2010-cu il dünya çempionatının seçmə mərhələsində Fransa və İrlandiya milliləri arasında keçirilən pley-off matçında əllə oyunu yaddaşlardan silinməməsidir. Həmin görüşdə Anri topa əli ilə toxunduqdan sonra qol vəziyyətinin yaranmasına kömək etmiş, Fransa minimal hesablı qələbə qazanaraq mundiala vəsiqə əldə etmişdi. Bu hadisə irland azarkeşləri tərəfindən bu günə qədər unudulmayıb.
