Şlotterbek üçün “Real Madrid” həyəcanı

9 İyun 2026 16:34
103
Şlotterbek üçün “Real Madrid” həyəcanı

Almaniyanın “Borussiya Dortmund” futbol komandasının müdafiəçisi Niko Şlotterbek karyerasını İspaniyanın “Real Madrid” futbol klubunda davam etdirə bilər.

İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi alman futbolçuya müqavilə təklif etməyi planlaşdırır.

Şlotterbekin müqaviləsində 50-60 milyon avro (100-120 milyon AZN) aralığında sərbəst qalma bəndi var. Bu bənd yalnız seçilmiş top-klublar üçün keçərlidir və həmin klublar arasında “Real Madrid” də göstərilir.

Niko Şlotterbek bu ilin aprelində “Borussiya Dortmund”la müqaviləsini 2031-ci ilə qədər uzadıb. Buna baxmayaraq, müqavilədəki xüsusi bənd futbolçunun yayda mümkün keçid ehtimalını açıq saxlayır.

İdman.Biz