İspaniyanın “Barselona” futbol komandasının vingeri Rafinya Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
İdman.Biz “MundoDeportivo”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr” futbol klubları braziliyalı futbolçu üçün böyük təklif hazırlayır.
Hər iki klubun “Barselona”ya 80 milyon avro (160 milyon AZN) təklif etməyə hazır olduğu bildirilir. Rafinyaya isə Kataloniya klubunda qazandığı təmiz maaşdan dörd dəfə çox məvacib vəd olunur.
Rafinyanın “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədərdir. Futbolçu daha əvvəl klubda qalmaq istədiyini bildirib və hələlik tərəflər arasında irəliləmiş danışıqlar yoxdur.
