Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib - FOTO

5 İyun 2026 15:45
127
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib - FOTO

İyunun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

İdman.Biz xəbər verir ki, bununla bağlı Birinci vitse-prezidentin rəsmi “Instagram” hesabında paylaşım edilib.

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, dünən Bratislavada (Slovakiya) minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub, finalda Ukrayna komandasına 2:0 hesabı ilə qalib gəlib. Elşad Quliyevin yetirmələri ilk Avropa çempionluğu titulunu 2022-ci ildə qazanıblar. Ötən il Azərbaycan millisi tarixində ilk dəfə Bakıda keçirilən dünya çempionatının “qızıl” medalına sahib olub.

İdman.Biz