“Qalatasaray” rəhbərliyi Okan Buruk üçün qərarını açıqladı

5 İyun 2026 14:40
119
“Qalatasaray” rəhbərliyi Okan Buruk üçün qərarını açıqladı

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Burukun komandadakı gələcəyi ilə bağlı müzakirələr yekunlaşıb.

İdman.Biz xəbər verir ki, İstanbul klubu 52 yaşlı mütəxəssislə yola davam etmək istəyir.

“Qalatasaray” prezidenti Dursun Özbək müqaviləsi 30 iyunda başa çatacaq Okan Burukla yeni anlaşma imzalanmasına qərar verib. Tərəflər arasında iki illik müqavilə ilə bağlı böyük ölçüdə razılıq əldə olunub.

Rəsmi imzaların yaxın günlərdə atılacağı gözlənilir. Klub rəhbərliyi ardıcıl uğurlardan sonra baş məşqçi postunda sabitliyi qorumağı hədəfləyir.

Okan Burukun rəhbərliyi altında “Qalatasaray” Türkiyə Superliqasında ardıcıl dördüncü, ümumilikdə isə 26-cı çempionluğunu qazanıb. İstanbul təmsilçisi yeni mövsümdə həm ölkə çempionatında, həm də UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyi planlaşdırır.

Yeni müqavilədə Burukun illik maaşının dörd milyon avroya (səkkiz milyon AZN) yüksəldilməsi və uğura bağlı ciddi bonusların yer alması da gündəmdədir.

İdman.Biz