İngiltərə Premyer Liqasında yeni dövr: Qapıçıların vaxt uzatmasına son qoyulur

28 İyul 2026 12:21
124
İngiltərə Premyer Liqasında yeni dövr: Qapıçıların vaxt uzatmasına son qoyulur

İngiltərə Futbol Assosiasiyası (FA) və Premyer Liqa rəhbərliyi qapıçıların oyunun tempini qəsdən aşağı salmasının qarşısını almaq üçün yeni pilot layihəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi layihə çərçivəsində qapıçıların sınaq xarakterli zədə simulyasiyaları və taktiki fasilələrdən (taktiki taym-aut) istifadə etməsi daha ciddi nəzarətdə saxlanılacaq.

Yeni qaydanın əsas məqsədi qapıçıların vaxt uzatmaq üçün oyunu süni şəkildə dayandırmasının qarşısını almaq, matçın dinamikasını qorumaq və oyun vaxtının daha səmərəli istifadəsini təmin etməkdir.

Pilot layihənin yaxın vaxtlarda İngiltərə futbolunda sınaqdan keçiriləcəyi, əldə olunacaq nəticələrdən sonra isə qaydanın daha geniş miqyasda tətbiqinin müzakirə ediləcəyi bildirilib.

İdman.Biz