Türkiyənin “Bursaspor” klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Toral Bayramovun karyerasını Polşada davam etdirmək imkanı da olub.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı cinah müdafiəçisi “Qarabağ”ın formasını geyindiyi dönəmdə Polşanın “Motor” klubundan rəsmi təklif alıb.
Lakin milli üzvü karyerasını Türkiyədə davam etdirməyə üstünlük verib və seçimində “Bursaspor” variantını ön plana çıxarıb.
Beləliklə, Toral Bayramov Polşa çempionatına deyil, Türkiyə futboluna yollanıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu “Bursaspor”la 3 illik müqavilə imzalayıb.
