Portuqaliyalı futbol məşqçisi Serjiu Konseysau “Əl-İttihad”ın baş məşqçisi postunu tərk edib.
İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu sosial şəbəkə hesablarında 51 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyini açıqlayıb.
Konseysau 2025-ci ilin oktyabrında komandanın sükanı arxasına keçmişdi. Lakin onun rəhbərliyi altında “Əl-İttihad” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında yalnız beşinci yeri tutub.
Klub rəhbərliyinin məhz uğursuz nəticələr səbəbindən portuqaliyalı çalışdırıcı ilə yollarını ayırdığı bildirilir.
