İspaniyanın “Real Madrid” futbol klubu yay transfer pəncərəsində sağ cinah müdafiəçisi almağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi bu mövqe üçün bir neçə variantı nəzərdən keçirir.
Namizədlər arasında İtaliyanın “İnter” futbol komandasının müdafiəçisi Denzel Dümfris və İngiltərənin “Tottenhem” futbol komandasının oyunçusu Pedro Porro da var. Portuqaliyanın “Sportinq” futbol klubunda çıxış edən İvan Fresneda da “Real Madrid” skautlarının diqqətindədir.
“Tottenhem”in isə Pedronu yayda satmaq niyyətində olmadığı bildirilir.
