Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

27 May 2026 11:06
157
Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, turnirin ilk günündə doqquz qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandası F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv ilk oyununu mayın 28-də Avstriya seçməsinə qarşı keçirəcək. “Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

C qrupunda isə Türkiyə seçməsi Serbiya ilə qarşılaşacaq.

İdman.Biz