Frenk Lempard ilin ən yaxşı məşqçisi seçildi

27 May 2026 11:46
173
Frenk Lempard ilin ən yaxşı məşqçisi seçildi

İngiltərənin “Koventri Siti” klubunun baş məşqçisi Frenk Lempard İngiltərə Məşqçilər Assosiasiyası (LMA) tərəfindən ölkəsində ilin ən yaxşı məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mütəxəssisin rəhbərliyi altında “Koventri Siti” 2001-ci ildən sonra ilk dəfə Premyer Liqaya yüksəlib və Çempionşipin qalibi olub.

Komandanın uğuru əvvəlcə Lemparda divizionun ən yaxşı məşqçisi mükafatını qazandırıb. Daha sonra o, liqadan asılı olmayaraq ilin ən yaxşı məşqçisinə təqdim olunan ser Aleks Ferqyuson adına xüsusi trofeyə layiq görülüb.

Ferqyuson səhhətindəki problemlər səbəbindən Londonda keçirilən mərasimdə iştirak edə bilməyib. Onun əvəzinə mükafatı İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel təqdim edib və “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısının şəxsi məktubunu oxuyub.

İdman.Biz