Yunanıstan millisinin sabiq oyunçusu 49 yaşında vəfat edib

27 May 2026 10:47
284
Yunanıstan millisinin sabiq oyunçusu 49 yaşında vəfat edib

Yunanıstan milli komandasının və “Olimpiakos”un keçmiş oyunçusu Andzas Paraskevas 49 yaşında vəfat edib.

İdman.Biz-in məlumatına görə, Paraskevas peşəkar karyerasına 1993-cü ildə “Pandramaikos”da başlayıb.

1995-ci ildə “Ksanti” ilə müqavilə imzalayıb, 1998-ci ildə isə “Olimpiakos”a keçib. Bu klubla o, dəfələrlə Yunanıstan çempionluğunu və Yunanıstan Kubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasında iştirak edib.

2003-cü ildə Paraskevas “Doksa” ilə müqavilə imzalayıb və 2004-cü ildə “Ksanti”yə qayıdıb. 2007-ci ildə yenidən “Olimpiakos”a qoşulub. Paraskevas 1999-cu ildən Yunanıstan millisində oynayırdı. Debütünü 5 fevralda Belçika ilə yoldaşlıq oyununda edib. O, 2004-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak etsə də, turnirin final heyətinə daxil edilməyib. O, həmçinin 2008-ci il Avropa çempionatında da iştirak edib.

İdman.Biz