Modriç “Milan”la müqaviləsini yeniləməyəcək - Tuttosport

27 May 2026 09:08
140
Modriç “Milan”la müqaviləsini yeniləməyəcək - Tuttosport

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Milan”la müqaviləsini yeniləməyəcək və bu yay klubdan ayrılacaq.

İdman.Biz bu barədə Tuttosport-a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yarımmüdafiəçi artıq İtaliya klubunun rəhbərliyini qərarı ilə bağlı məlumatlandırıb. Xorvatiyalı mütəxəssis mövsümün sonunda komandanın Çempionlar Liqasına vəsiqə qazanmasına kömək etmək istəyirdi, lakin “Milan” buna nail ola bilmədi və bu, baş məşqçi Massimiliano Alleqri, baş menecer Corco Furlani və idman direktoru İqli Tarenin işdən çıxarılmasına səbəb oldu.

Modriç “Milan”a 2025-ci ilin yayında azad agent kimi qoşulub. Ötən mövsüm yarımmüdafiəçi “Milan”da 37 oyunda iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun “rossoneri” ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Modriç daha əvvəl “Real Madrid”də oynayıb. “Real Madrid”də keçirdiyi 13 il ərzində Modriç altı dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasının titulunu və iki dəfə Kral Kubokunu qazanıb. 39 yaşlı yarımmüdafiəçi həmçinin İspaniya Superkubokunu, Klublararası Dünya Kubokunu və UEFA Superkubokunu beş dəfə qazanıb. 2024-cü ildə Modriç “Real Madrid”lə Qitələrarası Kuboku qazanıb.

İdman.Biz