“Şamaxı”dan ayrılan Rüfət Abbasovun karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı iddialar gündəmdədir.
İdman.Biz-in futbolinfo.az-a istinadən verdiyi məlumata görə, U-21 millimizin müdafiəçisinin “ağ-qaralar”la müqavilənin bütün şərtləri üzrə razılıq əldə etdiyi bildirilir.
Məlumata əsasən, 21 yaşlı sol cinah oyunçusu paytaxt təmsilçisi ilə üç illik müqavilə imzalayacaq. Həmçinin futbolçunun illik məvacibinin 250 min manat olacağı iddia edilir.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rüfət Abbasov 2024-cü ildə Bakı klubundan ayrılaraq “Şamaxı”ya keçib.
