Toral Bayramov bəylə gəlinə “Bursaspor” forması hədiyyə edeib - VİDEO

27 May 2026 02:05
356
Toral Bayramov bəylə gəlinə “Bursaspor” forması hədiyyə edeib

“Kəpəz”in qapıçısı Məmməd Hüseynov evlənib.

İdman.Biz xəbər verir ki, toy məclisi Bakıda yerləşən restoranların birində baş tutub.

Toyda idman ictimaiyyətinin tanınmış simaları, o cümlədən bəyin komanda yoldaşları və yaxın dostları iştirak ediblər.

Gecənin ən diqqətçəkən qonaqlarından biri isə bir neçə gün öncə “Qarabağ”dan Türkiyənin “Bursaspor” klubuna transfer olunan Toral Bayramov olub.

Toral Bayrmov toyda maraqlı jest edib. O, “Bursaspor”un rəsmi formasını və şərfini bəylə gəlinə təqdim edib.

İdman.Biz