“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev komandasını dəyişir

26 May 2026 17:32
93
“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev komandasını dəyişir

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev klubunu dəyişməyə hazırlaşır.

"Sarı-göylər"in yarımmüdafiəçisi son vaxtlarda Gəncə təmsilçisindən heç kimlə danışmadığını bildirib.

"Daha əvvəl mənə deyildi ki, apreldə məşqlərə başlaya bilərsən. Sonra bir müddət əvvəl komanda məni həkimə göndərdi. Orada mənə bildirdilər ki, iyuna qədər məşq etmək olmaz. Açığı, bu işi anlamadım. Yalan deyə bilmərəm, son vaxtlar "Kəpəz" mənimlə maraqlanmırdı. Artıq müqaviləmin müddəti də başa çatıb. Menecerlə danışmışam, uyğun təklif olsa, klubumu dəyişəcəyəm", - deyə o report.az-a açıqlamasında deyib.

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

İdman.Biz