“Şahdağ Qusar”ın baş məşqçi və onun köməkçiləri ilə yollarını ayırması mənim üçün də gözlənilməz oldu”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında “Şahdağ Qusar”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.
Yarımmüdafiəçi xatırladıb ki, ötən ilin sonu kluba yeni prezident və sponsor gəlib.
“Bunu ona görə diqqətinizə çatdırıram ki, məşqçilər korpusu ilə işə xitam verilməsi klubunun prezidentinin qərarıdır. Doğrusu, mən öncədən belə bir məlumata malik olmamışam və qərar mənim üçün də gözlənilməz oldu. “Şahdağ Qusar” mövsümün ikinci yarısında yaxşı oyun və nəticələr göstərib... Lakin hər bir halda klubun yeni rəhbərliyi var, qərarı da onlar verirlər”.
Xatırladaq ki, Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar” baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yollarını ayırıb.
Həmçinin əlavə edək ki, 2025-ci ilin dekabr ayından etibarən “Şahdağ Qusar”ın prezidenti Samir Xeyirbəyovdur
