Elgiz Kərəmli “Şəfa” FK-dan getdiyini təsdiqlədi

26 May 2026 17:29
77
Elgiz Kərəmli “Şəfa” FK-dan getdiyini təsdiqlədi

"Məlumat doğrudur. "Şəfa"dan ayrılmışam. Klubun rəhbərliyi əməkdaşlıq etmək istəmədi və qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq".

Bu sözləri “Şəfa” futbol klubunun baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis "Şəfa"dan ayrıldığını təsdiqləyib.

"Müqaviləmin artırılması nəzərdə tutulurdu. Elə də oldu. Daha bir il uzatdıq, qarşılıqlı razılıq əsasında vidalaşdıq. Komandanı Premyer Liqaya çıxaran məşqçi niyə saxlanılmadı? Bu sualı yaxşı olardı ki, rəhbərliyə ünvanlayardız. Mən cavablaya bilmərəm. Sadəcə olaraq, davam etmək istəmədilər, mən də hörmətlə qarşıladım. Futbolda belə hadisələr olur. Danışıq apardığım komanda yoxdur. Yəqin ki, ayrılmağımla bağlı məlumatsızdılar. Təklif olsa, işləməyə hazıram", deyə o sport24.az-a bildirib.

Qeyd edək ki, "Şəfa" Elgiz Kərəmlinin rəhbərliyi altında Birinci Liqada çempion olaraq, Premyer Liqaya birbaşa vəsiqə qazanıb.

İdman.Biz