İspaniyanın “Real Madrid” futbol komandasının müdafiəçisi Antonio Rüdiger klubla yeni müqavilə barədə şifahi razılığa gəlib.
İdman.Biz xəbər verir ki, tərəflər arasında anlaşma 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Məlumata görə, Rüdiger Madrid klubunun təklifini qəbul edib. Plan yaxın vaxtlarda sənədlərin imzalanmasıdır. Rəsmi açıqlamanın vaxtı isə “Real Madrid”də davam edən prezident seçkisi prosesi ilə bağlı müəyyənləşəcək.
Qeyd edək ki, Rüdiger 2022-ci ildən “Real Madrid”də çıxış edir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi.
