“Milan”ın cinah oyunçusu Rafael Leao karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.Biz-in jurnalist Luka Biançiyə istinadən sözlərinə görə, “Qalatasaray” portuqaliyalıya vergilər çıxıldıqdan sonra ildə 10 milyon avro dəyərində müqavilə təklif etməyə hazırdır. “Fənərbağça” da Leao ilə maraqlanır.
Heç bir Türkiyə klubunun Leao ilə bağlı “Milan”la əlaqə saxlamadığı bildirilir. Potensial transfer haqqı 40 milyon ilə 50 milyon avro arasında ola bilər.
