Skoulz “Mançester Yunayted”in yeni baş məşqçisi üçün namizədini seçdi

27 Oktyabr 2026 20:07
96
Skoulz “Mançester Yunayted”in yeni baş məşqçisi üçün namizədini seçdi

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın baş məşqçisi Maykl Karrikin mümkün əvəzləyicisi barədə fikirlərini bölüşüb. O, bu vəzifəyə ən uyğun namizədin Antonio Konte olduğunu düşünür.

İdman.Biz xəbər verir ki, Skoulz bu barədə “The Good, The Bad & The Football” podkastında danışıb.

Keçmiş yarımmüdafiəçi Eddi Hau, Yulian Nagelsmann və Unai Emerinin də namizədliyini dəyərləndirsə də, Konteni onlardan üstün tutub.

“Antonio Konte bu iş üçün ən uyğun adamdır. Amma onun təyinatı böyük risklə müşayiət olunur. Məncə, hazırda mövcud namizədlər arasında ən yaxşısı odur. “Yuventus”dakı uğurlarına baxın, sonra “Napoli”yə gedib çempionluq qazandı. Onun çətin xarakterə malik olduğunu bilirəm. Lakin böyük klublarda uğur qazanmış məşqçilərdən danışırıqsa, Konte digərlərindən xeyli öndədir”, - deyə Skoulz bildirib.

“Mançester Yunayted”in əfsanəvi futbolçusu italiyalı mütəxəssisin qısamüddətli fəaliyyətinin belə komandaya fayda verə biləcəyini vurğulayıb:

“Onun 18 ay işləməsi mənim üçün problem deyil. Əgər bu müddətdə bizi Premyer Liqa çempionluğu uğrunda mübarizəyə qaytarsa, bunu uğur hesab edərəm”.

Qeyd edək ki, “Mançester Yunayted” son olaraq Premyer Liqada “Bornmut”a öz meydanında 0:3 hesabı ilə məğlub olub. Uğursuz nəticələr Maykl Karrikin gələcəyi ilə bağlı müzakirələri gücləndirib. Komandanın növbəti rəqibi “Çelsi” olacaq.

İdman.Biz