PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub.
İdman.Biz xəbər verir ki, futbolçu Qətərin paytaxtı Dohada uğurlu cərrahi müdaxilə keçirib.
PSJ-nin yaydığı açıqlamada deyilir: “Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması ilə əlaqədar Dohadakı xəstəxanada uğurla əməliyyat olunub. O, bundan sonra reabilitasiya prosesinə başlayacaq”.
Xatırladaq ki, 25 yaşlı hücumçu oktyabrın 20-də Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib. Kvaratsxeliya matçın 59-cu dəqiqəsində meydanı tərk edib.
Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə hələlik məlumat verilməyib.
