“Fənərbağça” İsmayıl Kartalla yollarını rəsmən ayırdı - YENİLƏNİB

27 Oktyabr 2026 22:15
109
“Fənərbağça” İsmayıl Kartalla yollarını rəsmən ayırdı

Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi İsmayıl Kartalla əməkdaşlığa son qoyub. İstanbul təmsilçisi 65 yaşlı mütəxəssislə yolların ayrıldığını rəsmən təsdiqləyib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, Kartal ayrılmaq qərarını rəhbərliyə çatdırıb. Tərəflər arasında aparılan müzakirələrdən sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baş məşqçi dəyişikliyi “Fənərbağça”nın Türkiyə Super Liqasında “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olmasından sonra baş verib.

Qeyd edək ki, İsmayıl Kartal bu ilin iyununda İstanbul klubunun baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda cari mövsümdə keçirdiyi 18 oyunda doqquz qələbə qazanıb, beş dəfə heç-heçə edib və dörd qarşılaşmada məğlub olub.

“Fənərbağça” Türkiyə Super Liqasında 16 xalla beşinci pillədə qərarlaşıb.

21:49

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartalın İstanbul klubundakı gələcəyi ilə bağlı yeni məlumat yayılıb. Türkiyəli mütəxəssislə əməkdaşlığa son qoyulduğu iddia edilir.

İdman.Biz xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

İnsayderin sözlərinə görə, “Fənərbaxça” rəhbərliyi Kartalla yolları ayırmaq qərarına gəlib. Baş məşqçinin müqaviləsinə xitam verildiyi bildirilir.

Məlumata əsasən, İstanbul təmsilçisinin Türkiyə Super Liqasının 10-cu turunda “Göztəpə” ilə keçirəcəyi qarşılaşmada komandanın sükanı arxasında Dirk Kuyt ola bilər.

İsmail Kartal cari mövsümün əvvəlindən “Fənərbaxça”ya rəhbərlik edir. Klub hələlik onun vəzifəsindən ayrılması barədə rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, “Fənərbağça” son oyununda Türkiyə Super Liqası çərçivəsində “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz