“Barselona”nın keçmiş məşqçisi Xavi “Milan”ın çalışdırıcısı vəzifəsinə nəzərdən keçirilir.
İdman.Biz-in “Corriere dello Sport”a istinadən məlumatına görə, ispaniyalı menecerin namizədliyi İtaliya klubuna sahib olan ABŞ investisiya şirkəti “Redbird”in müşaviri Zlatan İbrahimoviç tərəfindən irəli sürülür.
“Milan” rəhbərliyi hücum oyun tərzinə malik müasir məşqçi təyin etməyi planlaşdırır.
Daha əvvəl “Milan”ın baş məşqçi Massimiliano Alleqrini işdən çıxardığı bildirilirdi. Baş menecer Corco Furlani və idman direktoru İqli Tare də vəzifələrindən azad ediliblər.
Xavi 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında Kataloniya komandası İspaniya liqasını və İspaniya Superkubokunu qazanıb.
