“Sabah” futbol klubu qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
İdman.Biz-in kluba istinadən məlumatına görə, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.
“Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandamızın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub”, - məlumatda deyilir.
