İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Məhəmməd Salah Premyer Liqada klub rekordu müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, misirli futbolçu mövsümün son turunda “Liverpul” forması ilə 93-cü məhsuldar ötürməsini edib. Bununla da o, Stiven Cerrardı geridə qoyaraq klubun Premyer Liqa tarixində ən çox assist edən futbolçusuna çevrilib.
Salah 11 fevralda “Sanderlend”lə oyunda Vircil van Deykin qoluna ötürmə verərək Cerrardın 92 assistlik göstəricisinə çatmışdı.
“Opta Analyst”in statistikasına əsasən, Salah artıq Premyer Liqa tarixində bir klub üçün ən çox assist edən futbolçular siyahısında Dennis Berqkamp eyni yerə - altıncı pilləyə yüksəlib. Onun ümumi Premyer Liqa assistlərinin sayı isə 94-ə çatıb. Siyahıya 162 ötürmə ilə Rayan Giqqs başçılıq edir. Sonrakı sıralama isə belədir:
Kevin de Bröyne - 119
Sesk Fabreqas - 111
Ueyn Runi - 103
Frenk Lempard - 102
Dennis Berqkamp - 94
Məhəmməd Salah - 94
David Silva - 93
Stiven Cerrard - 92
Ceyms Milner - 90
Devid Bekhem - 80
Kristian Eriksen - 78
Teddi Şerinqem - 75
Tyerri Anri - 74
Eşli Yanq - 74
Qeyd edək ki, Salah “Liverpul” karyerasını 257 qol, 441 oyun və səkkiz böyük titul ilə başa vurur.
