“Qarabağ” Zakariya Savonu transfer etdi: Üç illik müqavilə

24 May 2026 18:45
134
“Qarabağ” Zakariya Savonu transfer etdi: Üç illik müqavilə

Azərbaycanın “Qarabağ” futbol klubu İsveçin “Yurqorden” futbol klubundan Zakariya Savonu transfer edib.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı hücumçu ilə üç illik müqavilə imzalayıb. Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və futbolçunun keçidi rəsmiləşib.

Savo 2025-ci ildən “Yurqorden”də çıxış edib. O, 2026-cı ildə icarə əsasında Kiprin “AEL” futbol klubunun formasını geyinib. Hücumçu karyerası ərzində İsveçin “Olimpik”, “Rozenqard”, “Oskarşamns AIK”, Norveçin “Start” və Kiprin “Aris” futbol klublarında da oynayıb.

İsveç mətbuatının məlumatına görə, “Qarabağ” Savo üçün “Yurqorden”ə 500 min avro (1 milyon AZN) ödəyib.

Qeyd edək ki, Zakariya Savo yay transfer pəncərəsində “Qarabağ”a qoşulan ikinci futbolçudur. Ondan əvvəl Jali Mauddibin keçidi rəsmiləşib.

İdman.Biz