PSJ-nin futbolçusu Əşrəf Hakiminin “Arsenal”a qarşı Çempionlar Liqasının finalını buraxacağı ilə bağlı iddia yayılıb.
İdman.Biz xəbər verir ki, mərakeşli müdafiəçinin zədə səbəbindən həlledici matçda iştirakı ilə bağlı müxtəlif məlumatlar var. Bəzi mənbələr onun finalı buraxa biləcəyini yazsa da, son məlumatlarda Hakiminin bu həftə komanda məşqlərinə qayıdacağı və final üçün heyətdə olmasının gözlənildiyi bildirilir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının finalı PSJ və “Arsenal” arasında Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Görüş 30 may, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
