Futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol vurulub.
İdman.Biz xəbər verir ki, yubiley qol 33-cü turun “Sumqayıt” - “Qarabağ” görüşünə təsadüf edib. Yeddi qolun qeydə alındığı qarşılaşmada Ağdam komandası 4:3 hesabı ilə qalib gəlib.
Mövsümün 500-cü qoluna “Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə imza atıb. Bu göstərici çempionatın 195-ci oyununda qeydə alınıb.
Azərbaycan çempionatları tarixində yüksək dəstədə bir mövsümdə 500-cü qolun vurulması 21 ildən sonra baş verib. Sonuncu dəfə belə göstərici 2004/2005 mövsümündə qeydə alınıb. Həmin vaxt çempionatda ümumilikdə 684 qol vurulub.
Qeyd edək ki, ölkə çempionatlarında bir mövsümdə ən çox qol 1992-ci ildə qeydə alınıb. Həmin mövsümdə komandalar ümumilikdə 1177 dəfə fərqləniblər.
