“Barselona” fanatları hər iki komandanın avtobuslarını daşladılar – FOTO/VİDEO

10 May 2026 22:34
137
“Barselona” fanatları hər iki komandanın avtobuslarını daşladılar – FOTO/VİDEO

İspaniyanın “Barselona” futbol komandasının azarkeşləri “Real Madrid”lə “El-Klasiko” öncəsi qalmaqallı hadisə ilə gündəmə gəliblər.

İdman.Biz xəbər verir ki, “El Chiringuito”nun məlumatına görə, “Barselona” fanatları əvvəlcə öz komandalarının avtobusuna daş atıblar. Onlar nəqliyyat vasitəsini “Real Madrid”in avtobusu ilə səhv salıblar. Hadisə “Kamp Nou” ətrafında, matçdan əvvəl yaşanıb.

İspaniya mətbuatının məlumatına görə, bundan sonra “Real Madrid”in avtobusu da hücuma məruz qalıb. “Barselona”nın radikal azarkeşləri avtobusa daş və butulkalar atıblar. Nəticədə Madrid klubunun avtobusunun şüşələrindən biri sınıb.

Buna baxmayaraq, hər iki komanda stadiona çatıb və oyuna hazırlığını davam etdirib.

İdman.Biz