İngiltərənin “Liverpul” futbol komandasının yarımmüdafiəçisi Aleksis Mak Allisterin gələcəyi ilə bağlı yeni açıqlama verilib.
İdman.Biz xəbər verir ki, futbolçunun atası və meneceri Karlos Mak Allister hələlik “Liverpul”un yeni müqavilə ilə bağlı onlara müraciət etmədiyini bildirib.
O, oğlunun klubla hazırkı sözləşməsinin 2028-ci ilin iyununa qədər qüvvədə olduğunu və hazırda başqa klubla açıq danışıqlar aparmadıqlarını vurğulayıb:
“Hesab edirik ki, klubun azarkeşləri futbolçudan bu səviyyədə hörmətə layiqdirlər”.
