“Şamaxı”nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.
İdman.Biz report.az-a istindən xəbər verir ki, buna braziliyalı müdafiəçinin “Sabah”a uduzduqları Misli Premyer Liqasının 30-cu turunun oyununda (0:3) zədələnməsi sabəb olub.
İlk hissədə əvəzlənən oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.
Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində “Şamaxı”ya keçmişdi.
