“Barselona” Vuşkoviç üçün danışıqlar aparır

8 May 2026 16:31
71
“Barselona” Vuşkoviç üçün danışıqlar aparır

İngiltərənin “Tottenhem” futbol komandasına məxsus olan və Almaniyanın “Hamburq” futbol komandasında icarə əsasında çıxış edən Luka Vuşkoviç “Barselona”nın maraq dairəsinə düşüb.

İdman.Biz xəbər verir ki, tanınmış menecer Pini Zahavi son günlər Kataloniya klubunun rəhbərliyi ilə xorvatiyalı müdafiəçi barədə danışıqlar aparır. Bu barədə “Sky Sport Germany”nin jurnalisti Florian Plettenberq məlumat yayıb.

“Barca Universal”ın yazdığına görə, Zahavi “Barselona” ilə görüşlərində Hansi Flikin müqaviləsi və Robert Levandovskinin gələcəyi ilə yanaşı, Vuşkoviç məsələsini də gündəmə gətirib.

Vuşkoviçin “Tottenhem”lə 2030-cu ilədək müqaviləsi var. Kataloniya klubu Vuşkoviçin fiziki gücünü, topla oynamaq bacarığını və uzunmüddətli layihəyə uyğun profilini yüksək qiymətləndirir. Bununla belə, “Tottenhem” futbolçunu itirmək istəmir. London təmsilçisinin Vuşkoviçi əsas komanda planına daxil etmək və ona ciddi maaş artımı təklif etmək niyyətində olduğu yazılır.

“Hamburq” Vuşkoviçi saxlamaq arzusundadır, lakin icarə müqaviləsində satınalma bəndi yoxdur. Buna görə müdafiəçi mövsüm bitdikdən sonra “Tottenhem”ə qayıtmalıdır.

İdman.Biz