“Mançester Yunayted” Palmer transferindən imtina etdi

8 May 2026 15:35
133
“Mançester Yunayted” Palmer transferindən imtina etdi

İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”in yay transfer planlarından çıxarılıb.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi 24 yaşlı ingiltərəli futbolçunu yüksək qiymətləndirsə də, onun transferini əsas prioritet saymır. Mankunianlar yay transfer pəncərəsində əsas diqqəti mərkəz xətti və müdafiənin gücləndirilməsinə yönəltmək istəyirlər.

Daha əvvəl Palmerin uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olduğu və komandanın Çempionlar Liqasına qayıdışından sonra “Old Trafford”a keçidə müsbət baxa biləcəyi iddia olunurdu. “Çelsi”də qeyri-sabit mövsüm və növbəti məşqçi dəyişikliyi fonunda futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Buna baxmayaraq, “Mançester Yunayted” bu keçiddən geri çəkilib. “The Mirror” yazır ki, Palmerin transfer qiyməti ən azı 90 milyon funt (207 milyon AZN) təşkil edir. Futbolçunun “Çelsi” ilə 2033-cü ilədək müqaviləsi var və həftəlik maaşı 150 min funtdur (345,9 min AZN).

Palmer “Çelsi”yə 2023-cü ildə “Mançester Siti”dən 40 milyon funt (92 milyon AZN) qarşılığında keçib.

İdman.Biz