Luis Enrike hamını çağırdığı tədbirə özü gəlmədi

8 May 2026 12:35
73
Luis Enrike hamını çağırdığı tədbirə özü gəlmədi

Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike futbolçularını öz ad günü münasibətilə restorana dəvət etsə də, özü tədbirdə iştirak etməyib.

İdman.Biz xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Mənbənin yazdığına görə, ispaniyalı mütəxəssis cümə günü qeyd edəcəyi 56 yaşı münasibətilə cümə axşamı Zəfər Tağının yaxınlığında yerləşən “Prunier” restoranında masa sifariş edib.

Luis Enrike futbolçulara Çempionlar Liqasının finalına yüksəlməyi onsuz qeyd etmək imkanı verib. Baş məşqçi komandanı bir araya toplamaq üçün məkanı özü seçsə də, sonda həmin yeməkdə iştirak etməyib.

Beləliklə, PSJ futbolçuları həm komandanın Çempionlar Liqasının finalına çıxmasını, həm də Luis Enrikenin ad gününü baş məşqçinin iştirakı olmadan qeyd ediblər.

İdman.Biz