“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Maykl Kerrik klubun gələcəkdə İngiltərə Premyerliqasının çempionluğu uğrunda mübarizə aparmaq ehtimalından danışıb. O, komandanın hazırda düzgün istiqamətdə irəlilədiyini, lakin kəskin proqnozlar verməkdən çəkindiyini bildirib.
İdman.Biz xəbər verir ki, Kerrik Meyson Mauntun heyətin yaxın gələcəkdə titullar üçün rəqabət aparacağına dair fikirlərinə münasibət bildirib.
“Premyerliqanı qazanmaq ən yüksək hədəfdir və bu, xüsusi bir nailiyyətdir. Futbolçuların özlərinə güvənməsi üçün çox böyük əmək sərf olunmalıdır. Ümid edirəm və inanıram ki, yaxın gələcəkdə bu, mümkün olacaq. Bizim olmaq istədiyimiz yer məhz oradır. Buna nə dərəcədə yaxın olduğumuzu isə zaman göstərəcək”, - deyə baş məşqçi söyləyib.
Mütəxəssis komandadakı inkişafın vacibliyini də vurğulayıb:
“Bununla bağlı böyük bəyanatlar vermək niyyətində deyiləm. Lakin düşünürəm ki, qrupun inkişafı və güclü rəqiblərə qarşı qazandığımız nəticələr futbolçulara böyük inam verir. Biz yaxşı addımlar atmağa davam etməliyik”.
