PSJ-dən “Real”a transfer zərbəsi: Madridin gənc ulduzu hədəfdə

3 May 2026 13:25
138
PSJ-dən “Real”a transfer zərbəsi: Madridin gənc ulduzu hədəfdə

Fransanın PSJ futbol komandası İspaniyanın “Real Madrid” klubunun gənc müdafiəçisi Joan Martines ilə yaxından maraqlanır. Paris təmsilçisi gənc istedadı transfer etmək üçün artıq ilk addımlarını atıb.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Martines parislilərin yeni fəlsəfəsinə - superulduzlardan imtina edib gənc və perspektivli oyunçulara üstünlük vermək strategiyasına tam uyğun gəlir. Əgər bu transfer baş tutarsa, o, tam satınalma yolu ilə gerçəkləşəcək. Madrid klubu oyunçunun hüquqlarının əlli faizini özündə saxlamayacaq.

Lakin bu transferin reallaşması asan görünmür. “Real Madrid” rəhbərliyi müdafiəçini yüksək qiymətləndirir və mərkəz müdafiəsi ilə bağlı vəziyyəti tam aydınlaşdırmadan satışa icazə vermək niyyətində deyil.

Qeyd edək ki, gənc futbolçunun paytaxt klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. Onun müqaviləsində sərbəstqalma məbləği 150 milyon avro (təxminən 300 milyon AZN) olaraq müəyyən edilib.

İdman.Biz