Artetadan gözlənilməz etiraf: “Ona qarşı sərt davranmışam”

3 May 2026 12:44
149
Artetadan gözlənilməz etiraf: “Ona qarşı sərt davranmışam”

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta gənc oyunçusu Maylz Lyuis-Skeli haqqında maraqlı fikirlər səsləndirib. İspaniyalı mütəxəssis futbolçunun hazırkı formasına görə tərifləri əsirgəməyib.

İdman.Biz xəbər verir ki, Arteta gənc istedadın bu uğura tam layiq olduğunu bildirib.

“Maylz buna tam layiqdir. Mən ona qarşı kifayət qədər sərt davranmışam. Ötən mövsüm o, möhtəşəm idi. Ondan sonra bəzi çətin anlar yaşasa da, çox təvazökar qaldı və işinə fokuslandı”, - deyə baş məşqçi söyləyib.

Mütəxəssis futbolçunun müxtəlif mövqelərdə komandaya kömək etməyə hazır olduğunu da vurğulayıb:

“Onun fərqli mövqedə kömək etməyə hazır olduğunu bilirdim. O, yenidən fantastik oyun nümayiş etdirir”.

İdman.Biz