İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan “Real Madrid” komandası səfərdə “Betis”in qonağı olub. Sevilayanın “Olimpiko de Sevilya - La Kartuxa” stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmaya sürətli başlayan qonaqlar artıq 17-ci dəqiqədə önə keçiblər. “Kral klubu”nun braziliyalı hücumçusu Vinisius Junior dəqiq zərbə ilə hesabı açıb. Matçın sonuna qədər üstünlüyünü qoruyan madridlilər uzatma dəqiqələrində şokla qarşılaşıblar. Belə ki, 90+4-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Hektor Belyerin tarazlığı bərpa edərək komandasına bir xal qazandırıb.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran “Real Madrid” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 50 xalı olan “Betis” isə beşinci yerdədir.
Növbəti turda Manuel Pelleqrinini yetirmələri “Ovyedo” ilə, Alvaro Arbeloanın baş məşqçisi olduğu kollektiv isə “Espanyol”la qarşılaşacaq.
